Kasıblara payladıqları qovurma at ətindən hazırlanıbmış - FOTO

Türkiyədə kasıblara yemək paylayan müəssisədə at əti skandalı yaşanıb. Avtosfer.az GZT-yə istinadla xəbər verir ki, Mersin bələdiyyəsi nəzdində fəaliyyət göstərən aş evində (pulsuz yemək paylanılan yer) bişirlən qovurmanın içərisindən yarış atına məxsus çip tapılıb. Sözügedən çipi yeməkxanadan qovurma alan vətəndaşlardan biri aşkarlayıb və vəziyyət barədə aidiyyəti qurumları məlumatlandırıb. Şikayət əsasında araşdırma başladılıb. İlkin qiymətləndirmə zamanı cismin elektron heyvan identifikasiya çipi olduğu müəyyən edilib. Yeməkxanadan götürülən nümunələrin monitorinqi nəticəsində at əti aşkarlanıb. Yeməkdə tapılan çipin üç dəfə birinci yeri tutan Britaniya yarış atı olan "Smart Latch"a məxsus olduğunu müəyyən edilib. Hadisədən sonra 213 kq qovurma məhv edilib.
Qeyd edək ki, Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Vahap Seçer CHP-lidir (Ölkə.az).

Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












