Marsda çəkilmiş kadrda qəribə hərəkətli bir məxluq görüldü

“Curiosity” marsoxodunun arxiv fotosunda havada süzən meduzaya bənzər qəribə obyekt diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Qeyri-adi foto 2023-cü il avqustun 20-də Marsda çəkilib. Təsvirin sol küncündə ya iki nazik ayağı olan süzən məxluqu, ya da hansısa mexaniki qurğunu xatırladan kiçik fiqur seçilir. Panoramdan bir dəqiqədən də az əvvəl həmin ərazidən əldə olunmuş fotolarda bu fiqur yoxdur. Bu, obyektin hərəkətdə olduğuna işarə edə bilər. Dərc edilmiş növbəti kadr təxminən iki saat sonra, aparatın kamerası başqa tərəfə yönəldilərkən çəkilib.
Həkimlər bu cür “kəşfləri” pareydoliya - insan beyninin təsadüfən formalaşmış fiqur və təsvirlərə tanış mənalar yükəldiyi görmə illüziyasının bir növü ilə izah edirlər.
Marsda dəfələrlə müxtəlif obyektlərə bənzəyən daşlar lentə alınıb. Fotolarda başqa şeylərlə yanaşı, ayı başı, göbələk, döyüşçünün yonulmuş fiquru, kiçik qar adamı, qaşıq, bud sümüyü və həşəratlar tapılıb./publika
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO
Hövsanda yolu keçən piyadaların qarşısına avtobus çıxır - VİDEO
Zooparkdan nadir heyvanlar oğurlandı
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO












