Maşın təmiri sexində partlayış olub, usta ağır xəsarət alıb

Lənkəranda maşın təmiri sexində bədbəxt hadisə baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Lənkəran Füzuli küçəsi "Kürə" deyilən ərazidə qeydə alınıb. Lənkəran şəhər sakini, sözügedən sexdə usta işləyən 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlı benzinlə ehtiyatsız davranıb. Bu zaman benzin alovlanıb və yaranan partlayış ustaya ciddi xəsarət yetirib. İ.Qasımlı yanıq xəsarətləri ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona bədənin çoxsaylı yanığı, üz və hər iki qolun 2-ci dərəcəli termiki yanıq diaqnozu təyin ediblər. Xəsarət alana ilkin tibbi yardım göstərilib və vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
***
Lənkəranda maşın təmiri sexində ağır xəsarət alan usta 1991-ci il təvəllüdlü şəxs (kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən bildirilib. Bədənin çoxsaylı yanığı, üzün və hər iki qolun ll dərəcəli termiki yanığı diaqnozları təyin olunan şəxsə zəruri tibbi xidmətlər göstərilib. Hazırda yaralının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












