Maştağada evlər 2 aydır su altındadır; kimdir müqəssir? - RƏSMİ AÇIQLAMA - FOTO - VİDEO

Paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində mart ayının 27-dən başlayan intensiv yağışlardan sonra yaranan subasma problemi sakinləri çətin vəziyyətdə qoyub.
Avtosfer.az xəbər verir ki, qəsəbənin İlqar Həsənov küçəsi 15 ünvanında yaşayan sakinlərin sözlərinə görə, əraziyə yığılan yağış suları hələ də çəkilməyib və vəziyyət günbəgün ağırlaşır.
Sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, problem öz həllini tapmayıb. Onların sözlərinə görə, Sabunçu Rayon İcra Hakimiyyətində qəbulda olsalar da, verilən vədlərə baxmayaraq indiyədək heç bir real tədbir görülməyib.
Ərazidə yaşayanların iddiasına əsasən, hazırda 500-dən çox həyət su altında qalıb. Təxminən 30-a yaxın evin içinə su dolduğu, bəzi yaşayış evlərinin divarlarında isə artıq çatların əmələ gəldiyi bildirilir.
Sakinlər evlərin uçma təhlükəsi ilə üz-üzə qaldığını deyirlər. Problemlə bağlı müraciət edilən qurumlar isə məsuliyyətin digər qurumların üzərinə aid olduğunu bildirir.
Sakinlərin sözlərinə görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti problemin onlara aid olmadığını, Fövqəladə Hallar Nazirliyindən isə bunun onların səlahiyyətində olmadığı cavabı verilib.
Qəsəbə sakinləri aidiyyəti dövlət qurumlarından təcili tədbir görülməsini, ərazidə suyun çəkilməsi və təhlükəli vəziyyətdə olan evlərlə bağlı operativ addımlar atılmasını tələb edirlər.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Avtosfer.az-ın sorğusuna cavab olaraq bildiririb ki, sözügedən ərazidə İri Şəhərləri Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Ərazinin qrunt suları ilə zəngin olması və intensiv yağışlardan sonra çökək ərazilərə yağış sularının dolması nəticəsində belə hal yaranıb. Həmçinin hazırda Bakı şəhəri və Abşeron rayonu üzrə bir sıra genişmiyqaslı layihələr icra olunur.
Xidmətin mərkəzləşmiş şəbəkəsi olmayan ərazilərdə infrastruktur qurulması məqsədilə bir sıra layihələr hazırlanıb və tikinti quruculuq işləri aparılır.
Fatimə Dadaşova
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ

















