"Mənə narkotik vasitə təklif etdi" - Ərini qətlə yetirən qadın

Ərini qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.
Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı İsmayıl Cavadlı ittiham aktını elan edib.
Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamla özünü qismən təqsirli bilib.
Daha sonra Elmira Əliyeva ifadə verib. Onun sözlərinə görə, həyat yoldaşı ilə ər-qadın münasibətləri yaxşı olmayıb:
"21 ildir idi ki, ailəli idik. Son 5 ili artıq aramızda ər-arvad münasibətləri yox idi. Çarpayılarımız ayrı idi. Ailəmiz mən, övladlarım, qaynana və qaynatamdan ibarət idi. Telefon işlətməyə qoymurdu. Qızımın telefonunu işlədirdim. Həmin vaxt narkotik vasitənin təsiri altında idi. Hətta mənə təklif etdi. Məni vurdu çənəm yerə dəydi. Dirsəklənib üzü divara uzanmışdı. Məni söyərək ov tüfəngini istədi. Silahın dolu olduğunu bilmirdim. Silahın modeli vinçestr idi. Onu sadəcə stoldan aparıb ona verdim. Silah ona tərəf açılanda qıc oldum. O hündür idi idmanla məşğul olurdu. Prastinanı üstünə sərdim və bir müddət oturdum fikirləşdim. Onu prastinaya büküb ayağından dartaraq həyətə çıxartdım. Bel ilə səhərə kimi torpağı qazdım və basdırdım. Evi qandan təmizlədim. Divanı da iki hissəyə bölüb atdım zibil yeşiyinə. Bu işi görəndə çöldə heç kəs yoxdu. Oğlum hadisə olanda da bu işləri görəndə də oyanmamışdı. Çünki o bərk yatır. Sonra 3 uşağımı götürüb getdim anamgilə. Qaynatama zəng edib dedim ki, davamız olub Samir gedib. Özümü inandırmağa çalışırdım ki, onu mən öldürməmişəm. Sanki o özü evdən çıxaraq itkin düşüb. Onun telefonunu da və silahı da dənizə atdım. Mən bu işləri görəndə narkotikin təsiri altında olmuşam.
Məhkəmənin növbəti iclası aprelin 2-nə təyin olunub.
Qeyd edək ki, hadisə 2024-cü ildə Sabunçu qəsəbəsində qeydə alınıb.
Belə ki, orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci polis şöbəsinə müraciət ediblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira Əliyeva tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Sumqayıtda avtobus qəfil tüstüləndi – Ətrafı duman bürüdü - VİDEO
“Nissan” sürücüsündən nümunəvi davranış - Son anda faciənin qarşısını aldı - VİDEO
Prospektdə təhlükə yaradan piyada maşına çırpılmaqdan son anda xilas oldu - VİDEO
Suda üzə bildiyi deyilmişdi, göldə batdı - FOTOLAR
Ebolanın yeni ştamı yayıldı - müalicəyə tabe olmur
Xırdalanda yeniyetmə maşının altında qalmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
Avtomobil piyadanı vurdu: "AzParking" heyəti vətəndaşın həyatını xilas etdi - VİDEO
Xırdalanda qayda pozan piyadalar təhlükəli vəziyyət yaratdı - VİDEO
Elektron siqaretə görə tələbənin ağciyərləri sıradan çıxdı
İnşaat materialları yandı, körpü əyildi - FOTO
Qobustandakı magistral yol niyə çöküb? - Ekspert səbəbləri AÇIQLADI - FOTO








