Məzahir Yusifov Tərtərdə güllələndi - YENİLƏNİB

Tərtər rayonunda baş verən güllələnmə hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun İrəvanlı kənd sakini Zəfər adlı şəxsin istixanasında baş verib.
Laçın rayonundan olan keçmiş məcburi köçkün 1974-cü il təvəllüdlü Məzahir Yusifov Şəmkir rayonunda yaşayıb. O, bir müddət əvvəl rayonda həyat yoldaşından boşanıb, Tərtər rayonuna işləməyə gəlib və istixanada işə düzəlib. Bir neçə gün əvvəl isə Zəfər adlı sahibkar onu istixanada briqadir vəzifəsinə təyin edib və günəmuzd işçilərin əməkhaqqılarını verməyi ona həvalə edib. İki gün əvvəl Məzahir istixanada fəhlə işləyən Tərtər rayon sakini, 2005-ci il təvəllüdlü Hüsən Mirzəzadənin gündəlik əməkhaqqını az hesablayıb və ona nəzərdə tutulan məbləği ödəməyib. H.Mirzəzadə bu barədə ona irad bildirəndə Məzahir onun həmin gün az işlədiyini bildirib.
Dünən Məzahir yenidən Hüsənə az əməkhaqqı verib və onu işdən azad etdirəcəyini bildirib. Bu prosesdən əsəbiləşən Hüsən evlərinə gələrək ov tüfəngini götürərək istixanaya qayıdıb. O, istixanada yaşayan Məzahiri çağıraraq otaqdan çıxarıb. Məzahir istixananın həyətinə çıxarkən Hüsən ona tüfəngdən iki atəş açıb. Güllə Məzahirin ayaqlarından dəyib.
Hadisəni törədən Hüsən Mirzəzadə ərazidən uzaqlaşıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə o saxlanılıb.
***12:06
Tərtər sakinini güllələməkdə təqsirləndirilən şəxs saxlanılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun İrəvanlı kəndində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından odlu silahdan güllələnməsi ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Hüsən Mirzəzadə saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar aparılır.
***
Tərtər rayonunda güllələnmə hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun İrəvanlı kəndi ərazisində qeydə alınıb. Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün, 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından odlu silahla güllələnib.
Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi ilə bağlı araşdırma aparılır.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












