Milyonçu qardaşların biri həbsdən azad edildi

Polisin kibercinayətkarlığa qarşı keçirdiyi ən böyük əməliyyatların birində həbs edilən Bahadır Qasımov ev dustaqlığına buraxılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi belə qərar qəbul edib.
Bahadır Qasımovun vəkilləri bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən müvəkkillərinin həbsdən azad edilməsinə çalışırdılar. Müdafiəçilərin budəfəki vəsatəti qəbul edilib.
Hakim Səbinə Məmmədzadə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə qərar çıxarıb. Bahadır Qasımov məhkəmə zalında həbsdən azad olunub.
Qeyd edək ki, 2 il əvvəl Bahadır Qasımov, qardaşı İkram Qasımov, əmisi oğlu Fərhad Quliyev və dəstənin digər üzvləri Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən böyük əməliyyat nəticəsində həbs edilmişdi.
Başçısı Bahadır Qasımov olan dəstə xarici ölkədən Azərbaycana və Azərbaycandan xaricə qanunsuz pul vəsaitləri köçürməkdə ittiham olunur. İlkin istintaqla müəyyən edilib ki, Yasamal rayonunda “Bahadırın bankı” kimi tanınan şirkət xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürüb. Bu vəsaitin 2 milyon 500 min manatı isə xidməthaqqı kimi onlarda qalıb.
Cinayət işi üzrə bu günə qədər görünməmiş məbləğdə - 1 milyard manata yaxın əmlak üzərinə həbs qoyulub. Həmin əmlaka yüzlərlə lüks avtomobil, ölkənin müxtəlif yerlərində yerləşən villalar və qayıqlar daxildir.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












