Bakıda “Niva” və "London taksi"sini qaçıran şəxs CƏZALANDIRILDI

Bakıda qaçırdığı "London Taksi"ni Binəqədi Rayon İcra Hakimiyyətinin həyətində saxlayan şəxs həbs olunub. Avtosfer.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, 1986-cı ildə Qazaxıstan Respublikasının Şevçenko şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı F.H. barəsində Cinayət Məcəlləsinin 177.2.4 və 185.2.2-ci maddələri ilə açılan cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi ilə hərəkət etdiyi zaman "Niva" markalı "BL" dövlət qeydiyyat nişanlı maşının qapısının və baqajının açıq vəziyyətdə olduğunu, küçədə heç kimin olmadığını görərək avtomobilə əyləşib və onu işə salıb. 500 metr irəliyə sürdükdən sonra maşının oturacağının üzərində olan gödəkcənin cibindən 5280 manatı götürüb.
Hadisədən bir neçə gün sonra axşam saatlarında F.H. narkotik vasitənin təsiri altında Xətai rayonunda yol kənarında dayanmış tünd bənövşəyi rəngli "London Taksi" markalı, "NV" nömrə nişanlı avtomobili hərəkətə gətirərək Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanında yerləşən Binəqədi Rayon İcra Hakimiyyətinin yanına sürüb. Təsiqləndirilən şəxsin yaşadığı ev sözügedən ərazidə olduğundan avtomoboli həmin əraziyə aparıb.
Məhkəmənin hökmü ilə ona 2 il 8 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Bakının mərkəzində maşın yanıb - VİDEO - YENİLƏNİB
Ani diqqətsizlik qəzaya və faciəyə səbəb ola bilərdi - VİDEO
Son 400 ildə ən nəhəng asteroid Yerə yaxınlaşır – TOQQUŞMA RİSKİ VARMI?
Qonaq gedən sərxoş qadın həyətə düşüb maşınları cızıq-cızıq etdi - VİDEO
Zibillikdən tapılan “Chevrolet”i oğurlayıblarmış – DİN-dən AÇIQLAMA - FOTO
Bakı-Qazax yolunda hərəkətdə olan yük maşını yandı - FOTO
Telefonunu maşına çırpıb pul tələb edirdi, saxlanıldı - VİDEO
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı - FOTOLAR
Bakıda zibillikdən “Chevrolet Cobalt” tapıldı – FOTO
Körpü uçdu, 2 ölkəni birləşdirən yol bağlandı
Novxanı çimərliyində sürücülərə qarşı "xəndək" maneəsi - VİDEO










