"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı azadlığa çıxdı - YENİLƏNİB

Hadisə 1 İyul 2026 13:06
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı azadlığa çıxdı - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşı Elşad Məhərrəmov və Natiq Əliyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb. 

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hökmə əsasən, Ceyhun Salmanova 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Lakin ona Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb. 

Elşad Məhərrəmov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin ona Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb. 

Natiq Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin ona Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilməklə məhkəmə zalından azadlığa buraxılıb.

***

Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşı Elşad Məhərrəmov və Natiq Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Emil Murquzov ittiham nitqi ilə çıxış edib.

Prokuror məhkəməyə təqsirləndirilən şəxslər - Ceyhun Salmanov və Elşad Məhərrəmov 4 il, Natiq Əliyev isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Vəkillər müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxslər son söz deyiblər. 

Proses davam edir. 

Xatırladaq ki, “Qurtuluş Reabilitasiya Mərkəzi” MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. İlkin istintaq tədbirləri əsasında sözügedən MMC-nin direktoru Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib. Hər üç şəxs təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub və  barələrində prokurorun təqdimatı əsasında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyevə qarşı Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.

FOTO QALEREYA
Oxunub : 114
ŞƏRH YAZ
Ad

E-mail

Şərh