Ramiz Mehdiyev yenidən dindirilib – İstintaq dərinləşir

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində aparılan cinayət işi üzrə növbəti dəfə təqsirləndirilən şəxs qismində ifadə verib. Bu, Mehdiyev ittiham olunandan sonra ilk ictimailəşən dindirilməsidir. Avtosfer.az-ın "Gununsesi.info"ya istinadən məlumatına görə, bu dəfə dindirmə Ramiz Mehdiyevin yaşadığı evində aparılıb. Buna səbəb onun səhhətində yaranmış problemlər olub. Məlumatda bildirilir ki, istintaq zamanı Ramiz Mehdiyevə AXCP sədri Əli Kərimli və baş nazirin sabiq birinci müavini Abbas Abbasovla bağlı suallar ünvanlanıb.
Xatırladaq ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini zorla ələ keçirməyə yönələn əməllər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb və bu müddətdə ölkənin daxili siyasi proseslərinə, kadr siyasətinə və təhlükəsizlik strukturlarına ciddi təsir imkanlarına malik olub. Onun adı uzun illər ərzində “toxunulmaz fiqur” kimi hallandırılsa da, 2019-cu ildə vəzifədən uzaqlaşdırılmasından sonra bu status faktiki olaraq aradan qalxıb.
Sonrakı dövrdə Mehdiyevin adı bir sıra qalmaqallı proseslərdə, xüsusilə Milli Təhlükəsizlik Nazirliyində baş vermiş qanunsuzluqlar, sahibkarlara qarşı təzyiqlər, yüksək çinli məmurların şantaj edilməsi və dövlət strukturlarında formalaşmış qapalı şəbəkələrlə bağlı iddialarda çəkilib. İctimai rəy bu prosesləri uzun illər davam etmiş sistemli özbaşınalıqların hüquqi müstəvidə araşdırılması kimi dəyərləndirir.
Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış istintaq çərçivəsində Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar Azərbaycan siyasi tarixində nadir presedentlərdən sayılır. Dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirməyə cəhd kimi ağır maddələr üzrə aparılan araşdırmalar istintaqın miqyasının geniş və dərin olduğunu göstərir.
İstintaq zamanı Mehdiyevin müxtəlif siyasi fiqurlarla, o cümlədən müxalifət liderləri və sabiq yüksək vəzifəli məmurlarla mümkün əlaqələrinin araşdırıldığı bildirilir. AXCP sədri Əli Kərimli və Abbas Abbasovla bağlı sualların gündəmə gətirilməsi də məhz bu kontekstdə diqqət çəkir.
Hazırda Ramiz Mehdiyev ev dustaqlığında saxlanılır.
Xankəndidə “Niva” hərəkətdə olarkən yandı - FOTO - VİDEO
Bakıda dəhşət: 20 gün sonra toyu olacaq 17 yaşlı qız sığınacağa QAÇDI
Şəkidə itlər Niderland vətəndaşına hücum etdi: XƏSARƏTLƏRİ AĞIRDIR - VİDEO
Bakıda sürücü avtobusu qapısı açıq sürdü? - VİDEO
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ÖLDÜ
"Əhmədli" stansiyasında sərnişin QATAR YOLUNA DÜŞÜB
Təmizlik işçisi motosikletin altında qalmaqdan son anda qurtuldu - VİDEO
Azərbaycanlıların müntəzəm istifadə etdiyi aeroportda malyariya – Bir əməkdaş öldü
Milyard yaşlı muzey eksponatları oğurlandı
Bölgədə ən uzun qatar səfərləri: Azərbaycanda məsafə nə qədərdir? – ARAŞDIRMA
Yasamalda təhlükəli anlar: Piyada maşına çırpılmaqdan son anda qurtuldu - VİDEO










