Ramiz Mehdiyevin səhhəti pisləşdi - Təcili yardım çağırıldı

Hazırda ev dustaqlığında saxlanılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin səhhəti pisləşib. Avtosfer.az “Gununsesi.info”ya istinadən xəbər verir ki, dünən gecə saatlarında sabiq PA rəhbərinin səhhəti pisləşib və təcili tibbi yardım çağırılıb. Ramiz Mehdiyevin ailəsi özəl klinikaların birindən həkim briqadası çağırıb. İlkin tibbi yardım göstəriləndən sonra Mehdiyevin səhhəti qaydasına düşüb. Vurğulanıb ki, Ramiz Mehdiyev tənəffüs yollarındakı problemlərdən əziyyət çəkir.
Qeyd edək ki, Ramiz Mehdiyev DTX-nin İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunub. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Xatırladaq ki, Ramiz Mehdiyev dövlət çevrilişinə cəhd, vətənə xəyanət və korrupsiya kimi ağır ittihamlarla istintaqa cəlb olunub.
***
Hazırda ev dustaqlığında saxlanılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin səhhətinin pisləşdiyinə dair məlumat yayılıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, Ramiz Mehdiyevlə bağlı hər hansı çağırış olmayıb.
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO












