Şamaxıda qorunan ziyarətgah baxımsız qalıb - Ətrafı zibilliyə çevrilib - VİDEO

Hadisə 30 İyul 2026 17:00
Şamaxıda qorunan ziyarətgah baxımsız qalıb - Ətrafı zibilliyə çevrilib   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Şamaxı rayonunun Dədəgünəş kəndində yerləşən Piri-Sultan Dədəgünəş türbəsinin ətrafı antisanitar vəziyyətə düşüb.

Bu barədə Avtosfer.az-ın “Instagram” səhifəsinə videomaterial göndərən izləyici məlumat verib.

Görüntülərdən aydın olur ki, dini ziyarətgahın ətrafındakı yaşıllıq ərazi müxtəlif məişət tullantıları ilə zibillənib. Şikayətçinin sözlərinə görə, sözügedən ərazi Mədəniyyət Nazirliyi tərəfindən qorunan məkanlardan biridir. Lakin buna baxmayaraq, ərazidə yaranan antisanitar vəziyyət həm xoşagəlməz mənzərə yaradır, həm də ətrafa üfunətin yayılmasına səbəb olur.

İzləyici aidiyyəti qurumların məsələni nəzarətə götürərək ərazinin tullantılardan təmizlənməsini və bu cür halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsini xahiş edir.

Nərmin

Oxunub : 166
ŞƏRH YAZ
Ad

E-mail

Şərh