AZAL-ın Qarsa ilk uçuşu - FOTOLAR

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyənin Qars şəhərinə ilk uçuşunu uğurla həyata keçirib.
Avtosfer.az xəbər verir ki, Qars istiqamətində həyata keçirilən ilk reysin sərnişinləri Qars Harakani Hava Limanında xüsusi mərasimlə qarşılanıblar.
Yeni marşrut üzrə reyslər həftədə iki dəfə-cümə axşamı və bazar günləri həyata keçiriləcək.
Bu istiqamətin açılması Azərbaycan və Türkiyə arasında hava əlaqələrinin daha da genişlənməsinə, sərnişinlər üçün səyahət imkanlarının artırılmasına, həmçinin turizm, biznes və mədəni əlaqələrin inkişafına əlavə töhfə verəcək.
Qeyd edək ki, Türkiyə “Azərbaycan Hava Yolları”nın ən geniş təmsil olunduğu bazar olaraq qalır.
Hazırda aviaşirkət İstanbul, Ankara, İzmir, Antalya, Bodrum, Trabzon, Dalaman, Adana və Qars istiqamətlərinə müntəzəm reyslər həyata keçirir.




Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












