Qaxda “Mercedes” aşdı; ölən və yaralananlar var - ADLAR - FOTO

Qəzalar 30 İyul 2026 19:21
Qaxda “Mercedes” aşdı; ölən və yaralananlar var - ADLAR - FOTO
WhatsApp kanalımıza abunə olun

Qaxda baş verən ağır yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, qəza zamanı hadisə yerində ölən şəxs rayonun Əmbərçay kənd sakini 60 yaşlı Tacəddin Əhmədovdur. Yaralılar 44 yaşlı Xəyal Abdul oğlu Həşimov, 52 yaşlı Zaur Səid oğlu Abdullayev və 66 yaşlı Novruz Şəmil oğlu Manafovdur. Yaralılar müayinə və müalicəsi Qax Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

***

Qaxda minik avtomobilləri toqquşub. Məlumata görə, hadisə bu gün saat 16 radələrində Qax-Şəki avtomobil yolunda, Qax rayonu ərazisindən baş verib. Hərəkətdə olan “Mercedes” və “Niva” markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər həyatını itirib, üç nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Qax xəstəxanasına yerləşdirliblər. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
Oxunub : 234
ŞƏRH YAZ
Ad

E-mail

Şərh