Sərxoş sürücü qırmızı işıqda yuxuya getdi; sonra polisi hədələdi - FOTO

Türkiyənin Kayseri şəhərində qırmızı işıqda gözləyərkən avtomobildə yuxuya gedən sürücünün 1,84 promil sərxoş olduğu müəyyən edilib. Həkim olduğunu deyən sürücü onu cərimələyən polis əməkdaşını hədələyib.
Avtosfer.az xəbər verir ki, hadisə Kayserinin Kocasinan rayonunun Yakut məhəlləsində, Kadir Has küçəsində baş verib.
Məlumata görə, avtomobilin sürücüsü və sərnişin qırmızı işıqda gözləyərkən yuxuya gediblər. Avtomobilin uzun müddət hərəkətsiz qalmasından şübhələnən vətəndaşlar polisə məlumat veriblər. Hadisə yerinə gələn əməkdaşlar avtomobildə yatan şəxsləri çətinliklə oyadıblar.
Avtomobildən düşürülən sürücü və sərnişinin ayaq üstə dayanmaqda çətinlik çəkdiyi bildirilib. Aparılan yoxlama zamanı sürücünün 1,84 promil spirtli içki qəbul etdiyi müəyyənləşib.
Sürücüyə 25 min Türkiyə lirəsi məbləğində inzibati cərimə tətbiq edilib, sürücülük vəsiqəsi isə 6 ay müddətinə əlindən alınıb.
Cəriməyə etiraz edən və həkim olduğunu bildirən sürücü ona qarşı tədbir görən polis əməkdaşına hədə-qorxu gəlib.
Sürücü barəsində yol hərəkəti təhlükəsizliyini təhlükəyə atmaq ittihamı ilə hüquqi prosedura başlanılıb. O, ifadəsinin alınması üçün polis bölməsinə aparılıb.
Eltac Zülfüqaroğlu
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO














