Türkiyədə azərbaycanlı yeniyetmə ögey atasını ÖLDÜRÜB

Türkiyədə azərbaycanlı yeniyetmə ögey atasını öldürüb.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kayseri şəhərinin Melikqazi rayonunun Hunat məhəlləsində, Şəhid Yüzbaşı Sami Akbulut küçəsində baş verib.
Məlumata görə, Azərbaycan vətəndaşı olan 16 yaşlı V.E. ilə onun 47 yaşlı ögey atası M.T. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib. Dava zamanı V.E. üzərində olan bıçaqla ögey atasını yaralayıb. Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
İlkin tibbi yardımdan sonra ağır yaralanan M.T. xəstəxanaya yerləşdirilib. Lakin o, həkimlərin bütün müdaxilələrinə baxmayaraq, iki gün davam edən həyat mübarizəsini uduzub. M.T.-nin meyiti ekspertiza üçün morqa aparılıb.
Şübhəli V.E. isə polis tərəfindən saxlanılıb. O, polis idarəsindəki prosedurlardan sonra məhkəməyə çıxarılıb və barəsində həbs qərarı verilib. (ajans.az)
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












