Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı - YENİLƏNİB

"Sosial şəbəkələrdə Ucar rayonunda yetkinlik yaşına çatmayan şəxsin uşaq dünyaya gətirməsi ilə bağlı yayılan məlumat əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq araşdırmalara başlanılıb".
Bu məlumat açıqlamasında Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
"Yerli icra hakimiyyəti orqanının təqdim etdiyi məlumata əsasən, yetkinlik yaşına çatmayan şəxs və yeni doğulmuş körpə hazırda tibb müəssisəsindədir, onların vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma davam etdirilir və nəticəsindən asılı olaraq yeniyetmənin valideynlərinin məsuliyyəti məsələsinə hüquqi qiymət veriləcək.
Bununla yanaşı, yetkinlik yaşına çatmayan şəxsin və körpənin hüquqlarının qorunması, onların sosial və psixoloji dəstəklə təmin olunması istiqamətində zəruri tədbirlər davam etdirilir", - deyə T.Mərdanoğlu bildirib./oxu.az
***14:41
Ucarda yeniyetmə uşaq dünyaya gətirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Avtosfer.az-a verilən məlumata görə, 15 yaşlı rayon sakini Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.
“Aprelin 14-də saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə doğum sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində çəkisi 1900 qram, boyu 44 sm olan oğlan uşağı dünyaya gətirib.
Ana və uşağın vəziyyəti dəyərləndirilərək, müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Aprelin 17-də zahı kafi vəziyyətdə sahə həkimi, mama-ginekoloqun nəzarəti altında ambulator müalicə üçün evə yazılıb.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib”, - məlumatda vurğulanıb.
***
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan saytımıza verilən məlumata görə, Rayon Polis Şöbəsinin İstintaq Bölməsində faktla bağlı cinayət işi başlanılıb.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Skuterə nifrət edən şəxs yeniyetməyə ağır xəsarət yetirdi – VİDEO
Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir sillə
Bir nişan yoxdur, digəri görünmür – Bu küçədə hərəkət təhlükəlidir - VİDEO
Paytaxtda güclü külək ağacları avtomobillərin üzərinə aşırdı - VİDEO
Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişdi
Skuter sürən məktəbli balaca qızı vuraraq qaçdı - VİDEO
Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO
Azərbaycanda iki kişi axtarışa verildi; qadın alverinə görə - FOTO
Xaçmazda qadından ağlasığmaz əməl: Satıcıya psixoloji təsir etdi - İDDİA - VİDEO
Yağıntı meşə yanğınına səbəb ola bilər
Qoyunlar səhralaşmanın qarşısını belə aldı










