Zəncirvari qəzada 4 maşın toqquşdu; təhqiqatçı isə bir sürücünü günahkar çıxardı - VİDEO

Gəncədə yol qəzasına düşən vətəndaş Əhmədov Mahir Muraz oğlu hadisəni araşdıran təhqiqatçının qərarından narazı qalıb. Avtosfer.az-a müraciət ünvanlayan Mahir Əhmədov deyir ki, 2023-cü il oktyabrın 24-də saat 15 radələrində Gəncə şəhəri Şah İsmail Xətai prospektində atası Əhmədov Muraza məxsus “Mercedes Benz E240” markalı 51-BD-830 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşıda onunla eyni zolaqda və eyni istiqamətdə hərəkətdə olan “Mercedes Benz C180” markalı 60-BN-115 dövlət nömrə nişanlı avtomobil anidən dayanıb: “Əyləcdən istifadə etməyimə baxmayaraq ara məsafəsini düzgün seçmədiyimə görə toqquşma baş verib. Nəticədə “Mercedes Benz C 180” markalı avtomobil qarşısında dayanan 77-FR-580 qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilə dəyib. Daha sonra isə arxada mənimlə eyni istiqamətdə hərəkətdə olan 77-HL-368 qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobil ara məsafəsini düzgün seçmədiyindən mənim avtomobilimə dəyib. Beləliklə, dörd avtomobildən ibarət zəncirvari qəza baş verib. Hadisənin başvermə səbəbi ara məsafəsinin və sürətin düzgün seçilməməsi olub”.
Vətəndaş qeyd edir ki, hadisə yerinə gələn Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı polis kapitanı Elşən Muxtarov baş vermiş hadisə ilə bağlı qərar qəbul edib: “Qərarda məndən arxada hərəkətdə olan və ara məsafəsi saxlamadığından mənim avtomobilimə dəyərək əzmiş və maddi ziyan vurmuş 77-HL-368 qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobilin sürücüsü Abbasov Mahmud Nürəddin oğlu barədə heç bir inzibati tədbir görülməyib. İnzibati tədbirin görülməməsi bu qəzada bütün tərəflərə dəymiş ziyanı haqsız olaraq mənim üzərimdə qoyur”.
Şikayətçi bildirib ki, qəza hadisə baş verən ərazidə olan mağazaların birinin müşahidə kamerasında qeydə alınıb: “Görüntüdə də aydın şəkildə mənim qəza zamanı sadəcə əyləcə basdığım, heç bir manevr etmədiyim, həmçinin arxada hərəkət edən “Kia Rio” markalı avtomobilin də mənimlə eyni zolaqda hərəkətdə olduğu və ara məsafəsi saxlamadığı üçün mənim avtomobilimə dəydiyi əks olunub. Təhqiqatçı tərəfindən qərar verilərkən bunlar nəzərə alınmayıb”.
Vətəndaş Samux rayon Məhkəməsinə şikayət ünvanlayıb. O, məhkəmədən Gəncə şəhər Baş Polis idarəsinin İstintaq və Təhqiqat idarəsinin təhqiqatçısı polis kapitanı Elşən Muxtarovun qərarının ləğv edilməsini və yenidən araşdırılması ilə bağlı qərar qəbul etməsini xahiş edib”.
Sürücünün iddiasına görə, onun avtomobilini arxadan vuran “Kia”nın sürücüsü qazi olduğunu bildirib və təhqiqatçı da buna görə ona hörmət edir. Bu səbəbdən də onun barəsində heç bir tədbir görülməyib.
Məhəbbət Tərlanoğlu
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO
Bakıda ərinin maşınına hücum edən qadın CƏZALANDIRILDI - VİDEO - YENİLƏNİB
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı










