Demokratlar: "Trampa milyon dollarlıq təyyarə hədiyyə etməsi araşdırılmalıdır" - YENİLƏNİB

ABŞ nümayəndələr palatasının üzvü, Demokratların nümayəndəsi Riçi Torres Donald Tramp administrasiyasının Qətər kral ailəsindən bahalı "Boeing 747-8" təyyarəsini hədiyyə kimi qəbul etmək planını araşdıracağını açıqlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Riçi Torres bildirib ki, dəyəri 400 milyon dollar olan təyyarə xarici dövlət tərəfindən ABŞ rəhbərliyinə verilən ən qiymətli hədiyyə olacaq.
R.Torres belə bir hədiyyənin federal etika qaydalarını və ya ABŞ Konstitusiyasının müddəalarını pozub-pozmadığına dair məsələnin araşdırılmasını tələb edib.
***
ABŞ Prezidenti Donald Trampın administrasiyası Qətər kral ailəsindən "Boeing 747-8" təyyarəsini hədiyyə kimi qəbul etməyə hazırlaşır.
Avtosfer.az ABC telekanalına istinadən xəbər verir ki, bu, "ABŞ-yə xarici hökumət tərəfindən indiyə qədər edilmiş ən dəyərli hədiyyə" olaraq qiymətləndirilir.
Telekanalın məlumatına görə, Qətər təyyarəni gələn həftə təhvil verə bilər.
Qeyd edilib ki, Tramp artıq fevral ayında Uest-Palm-Biç aeroportuna enən təyyarəni yoxlayıb.
Bildirilir ki, təyyarə "uçan saray" xüsusiyyətlərinə malikdir və yeni prezident təyyarəsi kimi xidmət edəcək.
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI












