Keniyada əncir ağacları karbon qazını daşa çevirir

Keniyada yetişən əncir ağaclarının bəzi növləri qeyri-üzvi formada - kalsium karbonat şəklində karbon qazını (CO₂) üzvi maddələrə çevirmək kimi unikal qabiliyyətə malikdir, deyə alimlər “Goldschmidt 2025” konfransında məlumat veriblər. Avtosfer.az xarici mediaya istinadla xəbər verir ki, Keniya, ABŞ, İsveçrə və Avstriyadan olan beynəlxalq tədqiqatçılar qrupu Samburu dairəsində üç növ əncir ağacının fotosintez zamanı karbonu nəinki udmaq, hətta onu ağacda və torpaqda mineral çöküntülər şəklində saxlamağa qadir olduğunu aşkar ediblər. Proses, kalsium oksalatın mikroorqanizmlər tərəfindən sabit kalsium karbonata – tabaşirə bənzər maddəyə çevrilməsinə əsaslanır. Karbonu toplamaqda ən səmərəli ağac Ueykfild ənciridir. Tədqiqat göstərib ki, minerallaşma təkcə gövdədə deyil, həm də ağacın köklərində baş verir, həmçinin torpağın pH səviyyəsinin yüksəltməsi sayəsində keyfiyyətini yaxşılaşdırır. Alimlər bu ağaclardan aqromeşə təsərrüfatında həm qida əldə etmək, həm də karbonu uzun müddət saxlamaq üçün istifadə imkanlarını nəzərdən keçirirlər. Bu, kənd təsərrüfatında istifadəyə yararlı meyvə ağaclarında belə mexanizmin müəyyən edilməsinə dair ilk haldır. Müəlliflər vurğulayırlar ki, oxşar qabiliyyətlər əvvəllər ehtimal edildiyindən daha geniş yayıla bilər ki, bu da iqlim dəyişikliyi ilə mübarizədə perspektivli alətdir.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












