Metro və avtobusların kommersiya gəlirləri necə təşkil olunmalıdır? - EKSPERT

İctimai nəqliyyat sistemində kommersiyalaşmanın əhəmiyyəti ilə bağlı diqqətçəkən məlumatlar verilib.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, müasir şəhərlərdə ictimai nəqliyyatın maliyyə dayanıqlılığı artıq ciddi çağırışa çevrilib. Onun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, bilet satışından əldə olunan gəlirlər nəqliyyat sistemlərinin xərclərini tam qarşılamır və bu göstərici orta hesabla 50–60 faiz civarındadır. Qalan hissə isə dövlət subsidiyaları və ya əlavə maliyyə mənbələri hesabına təmin olunur ki, bu da uzunmüddətli perspektivdə davamlı model sayılmır.

Çıxış yolu tarifdənkənar gəlir mənbələrinin formalaşdırılması, yəni ictimai nəqliyyatda kommersiyalaşmanın genişləndirilməsidir. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə bu model artıq uğurla tətbiq olunur. Məsələn, Honq-Konqda metro sistemi “rels və daşınmaz əmlak” modeli ilə fəaliyyət göstərir və gəlirin əhəmiyyətli hissəsi məhz stansiya ətrafı tikinti və kommersiya fəaliyyətindən əldə olunur. Yaponiyada stansiyalar ticarət mərkəzləri kimi fəaliyyət göstərir, Londonda isə reklam və əlavə xidmətlər hesabına əlavə gəlir formalaşır. Sinqapur və digər iri şəhərlərdə də oxşar yanaşmalar tətbiq edilir.
Rauf Ağamirzəyev qeyd edib ki, bu nümunələr ictimai nəqliyyatın təkcə daşınma xidməti olmadığını, eyni zamanda şəhər iqtisadiyyatının mühüm elementi kimi çıxış etdiyini göstərir. Onun fikrincə, ən uğurlu modellər stansiya ticarəti, daşınmaz əmlak layihələri, reklam və rəqəmsal xidmətlər üzərində qurulur.
Azərbaycanda da bu istiqamətdə böyük potensial mövcuddur. Lakin hazırda kommersiyalaşma mexanizmləri sistemli şəkildə tətbiq olunmur, nəqliyyat operatorlarının aktivlər üzərində səlahiyyətləri məhduddur, reklam və icarə bazarında inzibati baryerlər qalmaqdadır. Eyni zamanda stansiyaətrafı inkişaf layihələrinin (TOD) kifayət qədər istifadə olunmadığı bildirilir.
Bu sahədə irəliləyiş üçün qanunvericilik bazasında dəyişikliklərə ehtiyac var. Belə ki, operatorlara daha geniş kommersiya hüquqlarının verilməsi, stansiya və dayanacaqlarda ticarət fəaliyyətinin sadələşdirilməsi, reklam bazarında çevik mexanizmlərin tətbiqi və stansiya ətrafı inkişaf layihələrində nəqliyyat qurumlarının iştirakının təmin olunması vacibdir. Bundan əlavə, “naming rights” kimi müasir alətlərin də hüquqi çərçivəyə salınması zəruridir.
Rauf Ağamirzəyev vurğulayıb ki, ictimai nəqliyyatın gələcəyi yalnız relslər və avtobuslardan ibarət deyil. Onun ətrafında qurulan iqtisadi model əsas rol oynayır. Ekspertin fikrincə, ən dayanıqlı sistemlər həm sərnişin daşıyan, həm də paralel olaraq əlavə gəlir yaradan və bu gəliri yenidən xidmətin inkişafına yönəldən modellərdir.
Eltac Zülfüqaroğlu
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI












