Tramp mitinqə zibil maşını ilə gəldi - FOTO

ABŞ prezidentliyinə namizəd Donald Tramp Viskonsin ştatının Qrin Bey şəhərində keçirilən mitinqinə zibil daşıyan maşınla gəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.
Bildirilib ki, o, bunu hazırkı ABŞ prezidenti Co Baydenin Tramp tərəfdarlarının “zibil” olduğunu deyən sözlərinə cavab olaraq edib.
Qeyd edək ki, bir müddət əvvəl Trampın mitinqində komediya ustası Toni Hinklif Puerto-Rikonun “üzən zibil adası” olması ilə bağlı zarafat edib. Bayden isə qarşılıq olaraq Trampın tərəfdarlarını “zibil” adlandırıb. Lakin, ABŞ lideri daha sonra açıqlama verərək məsələyə belə aydınlıq gətirib:
“Tramp tərəfdarının Puerto-Riko haqqında etdiyi nifrət nitqini “zibil” adlandırdım. Bunu təsvir etmək üçün istifadə edə biləcəyim yeganə söz budur”.
Xatırladaq ki, noyabrın 5-də Amerikada prezident seçkiləri keçiriləcək.
(qafqazinfo)
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI















