Trampın qərarından kim qazanacaq, kim itirəcək?

ABŞ Prezidenti Donald Trampın ilk işlərindən biri əksər ölkələrlə gömrük tariflərinin artırılması oldu.
Avtosfer.az xəbər verir ki, yeni qərarla xaricdən gətirilən avtomobillər üçün gömrük rüsumu 2,5 faizdən 10 faizə qaldırıldı. Bu da əsasən Avropalı istehsalçıların ziyanına oldu. Çünki ABŞ avropalılar üçün çox böyük bazardır. 2023-cü ildə qitədən bu ölkəyə 40 milyard dollarlıq avtomobil idxal edilib.
Avtomobil jurnallarının hesablamasına görə trampın qərarından ilk növbədə Stellantis qrupu zərər görəcək. Qrupun ABŞ-da satdığı avtomobillərin yarısı meksika və Kanadada istehsal edilir. Stellantisin gəlirlərinin 15 faizədək azalması gözlənilir.
“Volkswagen”in də vəziyyəti ürəkaçan olmayacaq. Amerika qitəsində satdığı avtomobillərin əksəriyyətini Meksikada istehsal edən şirkətin gəlirlərinin 10 faiz kəsiləcəyi gözlənilir. Oxşar halla Volvo da üzləşib.
Lakin məsələnin başqa tərəfi də var. ABŞ-də zavodları olan BMW və Mercedes bu işdən qazanc götürəcək.
Fransanın məşhur markaları Peugeot, Citroën və Renault üçünsə Trampın qərarının obrazlı desək, istisi, soyuğu yoxdur. Bu maşınlar Sem dayının ölkəsində demək olar satılmır.
Vüqar
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI












