Türkiyə otellərində yeni qayda - FOTO

Türkiyə hökuməti pasportlarla bağlı yeni qayda tətbiq edib.
Avtosfer.az xəbər verir ki, Şəxsi Məlumatları Qoruma Qurumunun (KVKK) qərarı ilə otel, motel, pansionat və digər qonaqlama yerlərində vətəndaşların pasport və şəxsiyyət vəsiqələrinin surətinin çıxarılması qadağan edilib.
Bundan sonra otelə gələn şəxsin pasport məlumatları yoxlanaraq Daxili İşlər Nazirliyinin bazasına daxil ediləcək. Şəxsiyyəti təsdiq edən sənədin surətinin çıxarılması və ya şəklinin çəkilməsi qadağan edilib. Qadağa həm Türkiyə vətəndaşlarına, həm də əcnəbilərə şamil edilir.
Qərarın verilməsinə səbəb otellərin şəxsi məlumatların qorunmasına biganə yanaşmasıdır. Otellərdə qonaq olmuş şəxslərin pasportlarının surətləri ora-bura atılıb, bəzən külək vurub küçələrə səpələnib.
Qərara əsasən, otel, motel, pansionat və digər qonaqlama yerlərində toplanmış pasport surətləri dərhal yandırılaraq məhv edilməlidir.
Vüqar

Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır – ARAŞDIRMA
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA












