Yaşıl Kart almaq istəyən sürücülər bu sığorta şirkətlərinə müraciət etməlidir - RƏSMİ

Bir sıra vətəndaşlar Yaşıl Kart sisteminə üzv olan ölkələrə səfərlərlə bağlı məlumatsız olmalarından şikayət edir.
Avtosfer.az xəbər verir ki, İcbari Sığorta Bürosu sürücülərin bu cür səfərlərlə bağlı məlumatlandırılması məqsədilə açıqlama verib.
“Yaşıl Kart sisteminə üzv ölkələrə səfər etmək istəyən vətəndaşların nəzərinə çatdırırıq ki, bu növ üzrə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) iştirakçısı olan sığorta şirkətləri bunlardır: “Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Xalq Sığorta” ASC.
Məlumat üçün bildiririk ki, İSB Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir”.
Qeyd edək ki, Yaşıl Kart sistemi 40-dan çox ölkəni (əsasən Avropa, eləcə də Türkiyə, Azərbaycan, İran, Mərakeş, Tunis və s.) birləşdirən beynəlxalq avtomobil sığortası sistemidir. Azərbaycan 2016-cı ildən bu sistemin üzvüdür. Sistem üzv ölkələrdə yol-nəqliyyat hadisəsi zamanı üçüncü şəxslərə dəyən zərərlərin sığortalanmasını təmin edir.
Səfər
Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır – ARAŞDIRMA
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA












