22 il məhkumluq həyatı yaşayan şəxs yenə oğurluq etdi - FOTO

İsmayıllı şəhərində yerləşən mobil telefonların satıldığı mağazadan oğurluq edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən şəxs obyektdən ümumi dəyəri 4 160 manat olan 10 ədəd mobil telefonun və 300 manata yaxın pulun oğurlandığını bildirib.
Daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə bir neçə dəfə həbs olunan və ümumilikdə 22 il məhkumluq həyatı yaşayan Durar Qasımov saxlanılıb.
Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə onun İsmayıllıda daha iki mağazadan telefon danışıq kartları, pul, ərzaq məhsulları, eləcə də Qazax və Bakı şəhərlərində bir neçə obyektdən mobil telefonlar oğurladığı məlum olub. D.Qasımov ifadəsində törətdiyi əməlləri etiraf edib, cinayət yolu ilə əldə etdiyi mobil telefonları isə respublikanın müxtəlif şəhər və rayonlarında dəyərindən dəfələrlə ucuz qiymətə satdığını bildirib.
Qeyd edək ki, telefonların bir neçəsi ondan aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












