27 qardaş, 27 silahdaş, 27 şəhid: şad günün dostları şəhadətə də birgə yüksəldilər - VİDEO

Ölüm Allah işidir, ayrılıq işgəncədir. Bu mahnıya qol qaldırıb oynayan oğullar şəhidliyin ölümlərin ən alisi olduğunu bilirdilər. 27 qardaş, 27 silahdaş və 27 şəhid...
Səngərdə ciyin-ciyinə döyüşüb, məclisdə qol-boyun rəqs edən bu oğulları ölüm belə ayıra bilməyib. Torpağa da belə eyni adla tapşırılıblar. Bununla bağlı görüntülər Ağcabədi rayonunda Ucal Əliyevin toy günündə lentə alınıb. Rəqs edənlərdən biri komandir, digərləri isə onun hərbçi yoldaşlarıdır. Toyunda üzündə gülüş və sevinclə hərbçi qardaşları ilə oynayan bəy indi şəhid qardaşlarından danışarkən səsi titrəyir. Ucal Əliyev də 44 günlük Vətən müharibəsinin iştirakçisi olub. Döyüşlərin birində yaralanan hərbçimiz hazırda Kəlbəcər rayonunda xidmətini davam etdirir. Bir neçə gündür ki, sosial şəbəkələrdə yayılan bu kadrlar bir çox insanlara duyğulu anlar yaşadıb. Kadrları isə şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu paylaşıb. Toyda iştirak edib, qol qaldırıb oynayanlardan biri də şəhid mayor Anar Novruzovdur. Şücaəti ilə döyüşlərdə əfsanəyə çevrilən "Akula" ləqəbli kəşfiyyatçımız şərəfli döyüş yolu keçib və igidliklə şəhadətə ucalıb. Digər bir kadrlar isə Anar Novruzovun toyunda lentə alınıb. Bu toyda əyinlərində hərbi geyimləri ilə qol qaldırıb, rəqs edən oğullardan bir neçəsi elə Anar Novruzov kimi şəhadətə yüksəlib. Toyda rəqsi ilə ürəkləri fəth edən oğullardan biri də şəhid Emin Sadiqovdur. Evin yeganə övladı olan Eminin anası Gülşad Rüstəmova üçün də bu kadrları seyr etmək asan deyil. "Oğul balamın axrıncı dəfə qol qaldırıb oynadığı toy məhz Ucalın toyu olub. O kadrları görəndə bir ana kimi bağrım sızıldadı". Bu sözlər isə şəhid Yaşar Babayevin anası Firəngiz Babayevanın dodaqlarından süzülür... Bir-birlərinin şad günlərində qol qaldırıb oynayan bu igidlər həm də şəhadətləri ilə Vətəni şad günlərə çıxardılar. Allah şəhadətinizi qəbul eləsin!
Videomaterialı təqdim edirik:
İlham Əliyev Baxış Babayevlə bağlı SƏRƏNCAM imzaladı
Bu dəmir yolu marşrutu üzrə bayram reysləri təyin edildi - FOTO
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB








