8 mart bayramı ilə bağlı neqativ hallara yol verilməməlidir - Nazirdən XƏBƏRDARLIQ-VİDEO

''8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı bəzi məktəblərdə neqativ hallarla bağlı müraciətlər olur''.
Avtosfer.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib. Nazir bu kimi hallara qarşı mübarizə aparmaq məqsədilə valideynlərə müraciət edib. Emin Əmrullayev regionlarda yaradılacaq təhsil idarələrindən də danışıb və qeyd edib ki, artıq prosesə başlanıb. O, bölgələrdə əsaslı təmir və tikintiyə ehtiyacı olan məktəblərə də diqqət çəkib. Bildirib ki, ölkəmizdə 4500-ə yaxın məktəbin 3500-dən bir az artığı tədrisə yararlıdır. Nazir problemin əsasən 200-300 nəfərlik kənd məktəbləri ilə bağlı olduğunu açıqlayıb. Emin Əmrullayev tələbələr üçün nəzərdə tutulmuş məqsədli təqaüd proqramından da bəhs edib. Bildirib ki, hazırda bu proqramdan müəyyən həssas təbəqəyə aid olan tələbələr faydalanır, amma proqramın formatının gələcəkdə daha da genişləndirilməsi planlaşdırılır.
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO












