ABŞ Avropaya əlavə hərbçi və aviasiya vasitələri göndərir

ABŞ-ın Müdafiə naziri Lloyd Ostin Ukraynadakı vəziyyətlə əlaqədar Avropanın müxtəlif regionlarına əlavə qoşun və hərbi vasitələr göndərilməsi əmri verib.
Avtosfer.az-ın CNN-ə istinadən xəbərinə görə, Pentaqon rəsmisi bildirib ki, Müdafiə departamenti ümumilikdə 500 əlavə hərbçinin göndərilməsini planlaşdırır. Bundan başqa, qərar Yunanıstana “KC-135” tipli yanacaqdaşıyan təyyarənin göndərilməsini də nəzərdə tutur. Bununla belə, əlavə neçə təyyarənin göndəriləcəyi ilə bağlı məlumat verməyib. Bundan başqa, Polşa və Rumıniyaya hava dəstəyi əməliyyatı mərkəzinin, Almaniyaya isə sursat təminatı və texniki dəstək bölmələrinin yerləşdiriləcəyi bildirilib. Pentaqon rəsmisi qeyd edib ki, əlavə yerləşdirmədən sonra ABŞ-ın Avropada rotasiya və ya daimi qaydada mövcud olan hərbi personalının sayı təxminən 100 000 nəfər təşkil edəcək.
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












