ABŞ-ın təyyarə daşıyan gəmisi Türkiyə sahillərində: Rusiyaya qarşı istifadə olunacaq

ABŞ-ın “USS Harry S. Truman” təyyarədaşıyan gəmisi Rusiya ilə Ukrayna arasında davam edən gərginlik zamanı bölgədə uçuş əməliyyatlarını təmin etmək üçün Türkiyədə Egey dənizinin şimalında varlıq missiyasına başlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “CNN İnternational” məlumat yayıb.
“CNN İnternational”-a danışan ABŞ rəsmisinin sözlərinə görə, Amerikanın təyyarədaşıyan gəmisi “USS Harry S. Truman” Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar bölgədə gərginliyin artacağı təqdirdə bu həftə Egey dənizinə gəlib.
Bununla belə rəsmi gəminin dəqiq yerini açıqlamayıb.
Rəsmi bildirib ki, Ukrayna və Rusiya arasında mübahisənin daha da kəskinləşəcəyi təqdirdə, ABŞ donanmasına Qara dənizə daha çox döyüş təyyarəsi patrul göndərməsi tövsiyə oluna bilər.
“Rusiya Türkiyə boğazını idarə etməyə cəhd edərsə və Türkiyə NATO-dan dəstək istəsə, o zaman təyyarədaşıyan Qara dəniz və Çanaqqala üzərində döyüş hava patrulları üçün istifadə oluna bilər. Türkiyə hərbi gəmilərin Qara dənizi keçməsinə icazə verir, lakin Rusiyanın gələcəyi ilə bağlı narahatlıqlar var. ABŞ döyüş təyyarələri çəkindirici hərəkət kimi və gözlənilən təhlükələrin qarşısını almaq üçün tez-tez hava patrulları həyata keçirir”- o qeyd edib.
“Ölkə.Az”
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA











