"ADY Express" ötən il 6 milyon tona yaxın yük daşıyıb

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi - "ADY Express" MMC 2021-ci ildə 5 716 845 ton yük nəql edib.
Avtosfer.az şirkətə istinadən xəbər verir ki, bunun 427 032 ton daxili, 1 559 620 ton idxal, 2 258 609 ton ixrac, 1 471 584 ton isə tranzit yüklərin payına düşüb.
İxrac yüklərinin təyinat ölkələri əsasən İtaliya, Rusiya, Gürcüstan və Braziliya olub. Daha çox azot gübrələri, dizel, bitum və qudron, digər neft məhsulları və meyvə-tərəvəz nəql edilib.
"ADY Express"in nəql etdiyi idxal yüklərinin mənşə ölkələri isə əsasən Rusiya, Braziliya, Qazaxıstan və Ukrayna olub. Daha çox bugda, ağac məhsulları, şəkər, benzin və qara metal nəql edilib.
Tranzit yükdaşımalarda isə “ADY Express” daha çox Rusiya-Türkiyə, Rusiya-Gürcüstan, Rusiya-İran və Orta Asiya ölkələri ilə Gürcüstan və Türkiyə arasında yükdaşımalar həyata keçirib. Bu tip yükdaşımalarda daha çox azot gübrələri, benzin, neft məhsulları, metal yüklər və mineral sular nəql edilib.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR











