ADY: Şəhərətrafı qatarların hərəkət cədvəli yenilənir - FOTO

Xəbərlər 24 Avqust 2026 18:55
ADY: Şəhərətrafı qatarların hərəkət cədvəli yenilənir   - FOTO
WhatsApp kanalımıza abunə olun

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 25 avqustdan Xırdalan–Biləcəri mənzilində aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı–Xırdalan–Bakı və Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutları üzrə hərəkət edən şəhərətrafı qatarların hərəkət cədvəlində müvəqqəti dəyişiklik edəcək.

Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, yenilənmiş hərəkət cədvəlinə əsasən, şəhərətrafı qatarların ümumi reys sayı 84-dən 90-a artırılacaq.

Qeyd olunub ki, avqustun 25-dən etibarən yeni hərəkət cədvəlləri www.ady.az saytında və "ADY Mobile" tətbiqində aktiv olacaq.

Təmir işləri bitdikdən sonra Xırdalan-Sumqayıt xətti üzrə də sərnişindaşıma bərpa ediləcək.

FOTO QALEREYA
Oxunub : 118
ŞƏRH YAZ
Ad

E-mail

Şərh