Ağcabədinin İmamqulubəyli kəndinin yolu bu vəziyyətdədir - VİDEO

Ağcabədinin İmamqulubəyli kəndində bir neçə ay əvvəl yol çəkilişinə başlansa da sonradan işlər yarımçıq dayandırılıb. Sakinlər işlərin davam etdirilməsi ilə bağlı adiyyatı dövlət orqanlarına müraciət etsələr də heç bir cavab verilməyib.
Avtosfer.az xəbər verir ki, kəndin yarısının yolu çəkilib yarısı qalıb. Söhbət Ağcabədi rayonunun İmamqulubəyli kəndindən gedir. Kənd sakinlərinin sözlərinə görə, ötən ilin oktyabr və noyabr aylarında kəndin girişinə və sonuna asvalt örtüyü döşənsədə kəndin mərkəzinə asvalt vurulmayıb. Kənd yolunun 1km qədər məsafəsi asvaltsız qalıb. Kənd camaatı bildirir ki, çala çuxurlu yollarda avtomobillə hərəkət etmək olduqca çətindir. Bu da maşınları tez sıradan çıxarır. Yaranmış vəziyyətlə bağlı sakinlər rayon icra hakimiyyətinə və yerli yol istismar idarəsinə müraciət etsələrdə problem həll edilməmiş qalır. Məsələylə bağlı Ağcabədi rayon icra hakimiyyətindən "Xəzər xəbər"ə bildirilib ki, 44 günlük Vətən müharibəsi zamanı kəndə çoxlu artireliya mərmiləri düşdüyündən kənd yoluna da ziyan dəyib. Dövlət komissiyası tərəfindən müəyyən edilən akta əsasən mərminin dağıtdığı ərazilərdə yolun bərpası həyata keçirilib. Yəni burada yolun əsaslı təmirdən söhbət gedə bilməz.
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










