Ağdama getmək istəyənlərin nəzərinə! - CƏDVƏL

30 ildən sonra işğaldan azad olunan ərazilərimizə ən qısa müddətdə getmək istəyirsinizsə, o zaman tələsin.
Avtosfer.az xəbər verir ki, Bakıdan Şuşaya və Ağdama, eləcə də Əhmədbəylidən Ağdama və Şuşaya getmək istəyənlər üçün https://yolumuzqarabaga.az/ internet portalından onlayn şəkildə bilet almaq mümkündür.
Amma biletlər məhdud olduğu üçün bir qədər tələsmək lazımdır. 29-30 yanvar tarixlərinə Şuşaya biletlər satılsa da, 31 dekabrda Şuşa səfərinizi gerçəkləşdirə bilərsiniz.
Bundan başqa, Əhmədbəyli→Şuşa→Əhmədbəyli, Bakı→Ağdam→Bakı, Bərdə→Ağdam→Bərdə reysləri üzrə də elektron qaydada bilet alaraq səfərlərinizi gerçəkləşdirmək mümkündür.
Eyni zamanda, fevral ayında da adıçəkilən reyslər üzrə onlayn bilet alaraq 30 illik Ağdam və Şuşanı görmək arzularınızı reallaşdıra bilərsiniz. Qiymətlər isə olduqca ucuzdur. Bakı→Şuşa→Bakı üzrə marşrutun qiyməti gediş-gəliş üzrə 20.80 AZN,
Əhmədbəyli→Şuşa→Əhmədbəyli üzrə 14 manat, Bakı→Ağdam→Bakı reysi üzrə 18 manat 80 qəpik, Bərdə→Ağdam→Bərdə reysi üzrə cəmi 10 manatdır. Tələsin, Şuşa və Ağdam yolunuzu səbirsizliklə gözləyir.

Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO












