Agentlik 2021-ci ilin hesabatını dövlət başçısına təqdim edəcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üzrə fəaliyyətinə dair hesabatı dövlət başçısına təqdim ediləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Agentliyin Müşahidə Şurasının növbəti iclasında qərara alınıb.
İclasda Agentliyin İcraçı direktorunun 2021-ci il üzrə hesabatı dinlənilib. Hesabat Müşahidə Şurasının üzvləri tərəfindən qənaətbəxş hesab edilərək qəbul olunub.
Sonra Agentliyin 2022-ci il üçün fəaliyyət planı müzakirə edilib və səsə qoyularaq təsdiq olunub.
Daha sonra iclasın gündəliyinə daxil olan kənar auditorunun cəlb olunması haqqında müzakirələr aparılıb və Agentliyin nizamnaməsinə əsasən Agentliyin fəaliyyətinin kənar auditor tərəfindən yoxlanılmasının təşkil edilməsi ilə bağlı qurumun aparatına tapşırıqlar verilib.
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO











