Ağstafa sakinindən narkotik və silah aşkar edilib - FOTO

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, rayon sakini Natiq Sadıqov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman bir ədəd sellofan torbada ümumi çəkisi 385 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N. Sadıqovun əlindəki digər sellofan torbaya baxış keçirilən zaman 1 ədəd “revolvre” markalı tapança və 4 ədəd “makarov” tipli tapançaya aid 9 mm-lik patron aşkar edilərək götürülüb.
Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












