Ağstafada karantin qaydalarını pozan 10-a yaxın şəxs cərimələnib - FOTO

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, ictimai nəqliyyatda- taksi, avtobuslarda sürücülərin COVİD-19 pasportunun olub-olmaması tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına diqqət yetiriblər.
Keçirilən monitorinq zamanı sürücü və sərnişinlərə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib, bu qaydalara əməl etməyən şəxslər barəsində intizam tənbeh tədbirləri tətbiq edilib.
Daha sonra monitorinq rayon ərazisindəki market və digər ticarət obyektlərində eləcə də əhalinin sıx olduğu yerlərdə də nəzarət-profilaktiki davam etdirilib.
Polis əməkdaşları tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunmaqla yanaşı, COVİD-19 pasportu tələb olununan məkanlarda müştəri və işçi personallarının vaksinasiya olub-olunamasını yoxlayıb.
Araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 10-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər.
Bundan başqa, şöbə əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayonun Poylu qəsəbəsi və Dağ Kəsəmən kənd sakinlərində müvafiq sənədləri olmayan ov silahları aşkar edilib.
Polis əməkdaşları müxtəlif markalı və kalibirli həmin silahları götürərək müvafiq ekspertizaya göndərib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI













