"Airbus" təyyarə tədarükünə görə "Boeing"i qabaqlayır

Avropanın təyyarə istehsalçısı olan "Airbus" şirkətinin ardıcıl üçüncü il dünyanın ən böyük kommersiya təyyarələri tədarükçüsü adını, çox güman ki, qoruyub saxlayacaq.
"APA-Economics"in məlumatına görə, bu barədə "Deutsche Welle" yazır
Şirkətin məlumatına görə, "Airbus" müştəriləri 2021-ci ildə 611 təyyarə alıb ki, bu da əvvəlki illə müqayisədə 8% çox və "Airbus"un hədəfindən bir qədər yaxşı olub. Beləliklə, şirkət müştərilərə təhvil verilən təyyarələrin sayına görə amerikalı rəqibi "Boeing"i keçə bilər.
2021-ci ilin ilk 11 ayında "Boeing" müştərilərinə cəmi 302 layner təhvil verib. Sözügedən aviasiya konserninin son bir il ərzində tədarüklərə dair yekun məlumatlarının bu gün dərc ediləcəyi gözlənilir.
"Airbus" keçən il 771 sərnişin və yük təyyarəsi sifarişi alıb ki, bu da 2020-ci ildəki göstəricidən iki dəfə çoxdur. İl ərzində ləğv edilmiş sifarişləri nəzərə alsaq, onların ümumi sayı 507-dir. Xüsusilə "Airbus A320neo" ailəsinin dar gövdəli orta mənzilli təyyarələrinə tələbat yüksəkdir.
Bu yolda sürət həddi endirildi - SƏBƏB
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI










