Anar “Bolt”u tənqid etdi - Böyük şirkətsiz, ya təlim keçin, ya da...

Məşhur stilist Anar Ağakişiyev "Bolt" taksi şirkətini tənqid edib.
Avtosfer.az olay-a istinadən xəbər verir ki,o, bu barədə instaqramda məlumat yayıb.
Anar maşını servisdə olduğu üçün taksi sifariş verdiyini, lakin problemlər yaşadığını söyləyib:
"Əziz "Bolt Azərbaycan", sürücülərinizi işə götürəndə təlim keçin. Məsələn, taksi çağırırsan, gedəcəyin yeri seçirsən. Sürücü zəng edir ki, hara gedirsiniz? Axı orada işarələmişəmsə, özü görür. Nağıl danışır ki, guya görmür. Mən nə edim ki, gedəcəyim yerə qədər 3 manat ödəniş təyin olunur. Bu da getmək istəmir. Sonra sistemdə 3 dəqiqəyə çatacağı göstərilir, amma özü deyir ki, 6 dəqiqəyə gələcəm. Mədəni yolla məni azdırmaq istəyir.
"Bolt", o zaman limit qoyun ki, 10 manatdan aşağı sifariş qəbul etmirik. İyirmi birinci əsrdə yaşayırıq sürücü zəng edir ki, hara gedirsiz, ödəniş kartla olacaq, ya nağd. Bu tək mənim deyil, bir çoxunun başına gəlib. Deyirlər, çoxdandır belə davam edir. Xaricdə də həmin şirkətin taksiləri ilə səyahət edirəm. Belə problemlər olmur. Daha nə fərqi oldu ki. Elə əlini qaldırırsan, "xalturşik" taksini tutursan, qiyməti danışırsan, başına da and içirlər. Hətta iş yoldaşım da təsdiqlədi ki, kartla ödəniş edəndə sifariş götürmürlər. İnsanlar əziyyət çəkir. Böyük şirkətsiz, ya təlim keçin, ya da işə yaxşı sürücülər götürün. Yəqin faizlərini çox tutursuz ki, yazıqlar da belə edirlər. Öz aranızda həll edin. Müştəri bunları görməməlidir".
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO












