Avropa çempionatı: Azərbaycanın iki güləşçisi finala yüksəlib - FOTO

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı start götürüb.
Avtosfer.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycanın 4 yunan-Roma güləşçisindən 2-si finala yüksəlib. Mübarizəyə 1/4 finaldan qoşulan Ziya Babaşov (63 kq) israilli Abere Feteneyə 9:2, ardından bolqarıstanlı İlya Mustakova 6:1 hesabı ilə qalib gəlib. Xasay Həsənli (77 kq) ilk mərhələdə bolqarıstanlı Martin Dimitrovu tam üstünlüklə (9:0), 1/4 finalda macarıstanlı Kriştofer Klanyini 7:0, yarımfinalda serbiyalı Aleksa İliçi 5:1 hesabı ilə yenib. Həm Babaşov, həm də Həsənli martın 8-də keçiriləcək həlledici görüşdə gürcüstanlı Giorgi Şotadze və Davit Soloqaşvili ilə mübarizə aparacaq. Azərbaycanın digər təmsilçilərinə gəldikdə, Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində danimarkalı Turpal-Ali Bisultanovla bacarmayıb - 2:10. Lakin rəqib finaladək irəlilədiyi üçün Vəliyev martın 8-də türkiyəli Muhitdin Sarıçiçeklə təsəlliverici görüşə çıxacaq. Sərxan Məmmədov (130 kq) da mübarizəyə 1/4 finaldan qoşulub. O, çexiyalı Marsel Albinini 13:5 hesabı ilə yenərək, yarımfinala vəsiqə əldə edib. Məmmədov finala gedən yolda türkiyəli Fatih Bozkurta uduzub - 6:13. O, martın 8-də yunanıstanlı Nikolaos Ntuniasla üçüncü yer üçün güləşəcək.
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI











