Azad edilmiş ərazilərdə baş verən yanğın hadisələrinin sayı açıqlanıb

Ötən il işğaldan azad edilmiş ərazilərdə baş verən yanğın hadisələrinin sayı açıqlanıb.
Avtosfer.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən respublikada 14,9 min, o cümlədən Bakı şəhərində 4,4 min, işğaldan azad olunmuş Şuşa şəhərində 49, Xocavənd rayonunda 62, Füzuli rayonunda 47, Ağdam rayonunda 33, Qubadlı rayonunda 95, Cəbrayıl rayonunda 47, Zəngilan rayonunda 46, Kəlbəcər rayonunda 6, Laçın rayonunda 2, Suqovuşan qəsəbəsində 3 yanğın hadisəsinə çıxışlar olub. Bildirilib ki, onlardan cəmi 8 yanğın yüksək saylı çağırışla söndürülüb. Hər gün orta hesabla 41 yanğın hadisəsinə çıxış qeydə alınıb. Hər 9 gün ərzində yanğınlarda 1 nəfər xilas edilib. Ümumilikdə yanğınların söndürülməsi zamanı 100 dövlət obyekti, 362 özəl obyekt, 310 çoxmənzilli bina, 556 fərdi ev, 468 yardımçı tikili, 291 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub, 40 nəfərin həyatı real təhlükədən xilas edilib. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 806 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ











