Azərbaycan gömrükçüləri mobil telefon və aksesuarlarını müsadirə edib - FOTO

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında mobil telefonların və aksesuarlarının qanunsuz olaraq ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Avtosfer.az-ın komitəyə istinadən verdiyi məlumata görə, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn "Mercedes Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu sual olunub.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Lakin nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilən zaman şübhəli cizgilər müşahidə edilib.
Yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərində 97 ədəd ““iPhone 13” markalı mobil telefon qutusu, 42 ədəd “İphone 13” markalı usb, 10 ədəd “Model M-2” markalı mobil telefon və ona aid olan 10 ədəd qidalandırıcı başlıq, 3 ədəd “Meizu” markalı mobil telefon, 28 ədəd “Baofeng” markalı rabitə vasitəsi və ona aid olan 52 ədəd qidalandırıcı başlıq, 45 ədəd qulaqlıq, 14 ədəd batereya, 7 ədəd mobil telefon mikro-sixeması, 6 ədəd telefon ekranı və 2 ədəd elektron saat aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










