Azərbaycan Kubokunda bütün yarımfinalçılar bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Avtosfer.az xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları müəyənləşib. 1/4 finalın son matçında “Zirə” “Səbail”in qonağı olub. “ASCO Arena”dakı qarşılaşma “qartallar”ın inamlı qələbəsi ilə başa çatıb - 3:1. Görüşdə hesabı 7-ci dəqiqədə meydan sahibləri açıblar. Ruslan Hacıyev uzaq məsafədən baxımlı qola imza atıb. 21-ci dəqiqədə Ağabala Ramazanov tarazlığı bərpa edib. 39-cu dəqiqədə Təmkin Xəlilzadə penaltidən fərqlənməklə qonaqları önə keçirib. Oyunda son nöqtəni isə Coşqun Diniyev qoyub. Azərbaycan millisinin yarımmüdafiəçisi 73-cü dəqiqədə əla zərbə ilə yekun hesabı müəyyənləşdirib. Beləliklə, ilk görüşdə 4:0 hesablı qələbə qazanmış “Zirə” iki oyunun nəticəsinə əsasən, adını yarımfinala yazdırıb. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda finala gedən yolda “Neftçi” ilə qarşılaşacaq. Digər yarımfinal cütündə isə “Qəbələ” və “Qarabağ” komandaları üz-üzə gələcəklər. İlk oyunlar aprelin 20-də, cavab matçları isə aprelin 29-da gerçəkləşəcək.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ











