Azərbaycan neçə ölkəyə məhsul ixrac edib?

2021-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 188 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixrac olunub, 174 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 35556,4 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 23850,6 milyon dollarını və ya 67,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 11705,8 milyon dollarını (32,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 12144,8 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2020-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 46,9 faiz, real ifadədə 5,0 faiz artıb. İxracın real artımı 17,0 faiz olmuş, idxal isə 10,0 faiz azalıb. 2021-ci ildə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 47,2 faiz, real ifadədə 38,4 faiz artaraq 2713,4 milyon dollar təşkil edib.
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










