Azərbaycan nümayəndə heyəti Beynəlxalq Mülki Aviasiya Təşkilatının simpoziumunda iştirak edir - FOTO

Mərakeş şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 5-ci “Qlobal icra dəstəyi simpoziumu”nun açılış mərasimi olub. “Regional həllər, qlobal faydalar” mövzusunda keçirilən tədbirdə Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Avtosfer.az xəbər verir ki, bu tədbir “ICAO”nun uzunmüddətli strateji məqsədlərinə nail olmaq, ümumi icra problemlərini aradan qaldırmaq və dayanıqlı aviasiyanı təşviq etmək üçün platforma rolunu oynayır.
Simpozium çərçivəsində 40-dan artıq ölkənin nümayəndələrinin iştirakı ilə nazirlərin dəyirmi masası keçirilib. Həmçinin Ələt Azad İqtisadi Zonasında yerləşən “Silk Way Cargo Village” və Hava Limanı layihəsinin yaşıl sertifikatlaşdırılması məqsədilə “ICAO”nun Ələt Hava Limanı İdarəsinə dəstəyi barədə razılaşma imzalanıb. Həmçinin yüksəksəviyyəli görüşdə üzv dövlətlərin nümayəndələri tərəfindən aviasiyanın davamlı, dayanıqlı inkişafına dair fəaliyyətə çağırış “Call to Action” sənədi qəbul olunub.
Simpozium aprelin 16-dək davam edəcək.
.jpg)
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












