Azərbaycan Ukrayna vətəndaşları üçün qadağanı götürdü

Azərbaycan koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından qüvvədə olan Ukrayna vətəndaşlarının ölkəyə girişinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba öz “Twitter səhifəsində” bildirib.
“Ukrayna vətəndaşları üçün əlavə səyahət azadlığı yaranıb. Azərbaycan 2020-ci ilin martından tətbiq edilən məhdudiyyətləri aradan qaldırıb və ukraynalılar üçün hava sərhədlərini açıb.
Bu, səyahət, biznes və turizm üçün daha çox imkanlar deməkdir”, - deyə ölkənin xarici işlər naziri qeyd edib.
Qeyd edək ki, COVID-19-a qarşı peyvənd olunmuş turistlər Azərbaycana gəldikdən sonra sərhəd-keçid məntəqələrində tam kursu təsdiq edən sənədi (COVID-19-a qarşı hər hansı peyvəndin iki dozası və PZR testinin mənfi nəticəsi haqqında arayış) uçuşdan 72 saat əvvəl təqdim etməlidirlər.
Bizim.Media
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












