Azərbaycan və Pakistan Qarabağda birgə müəssisələr yarada bilər

“Azərbaycan və Pakistanın işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı planları var, iki ölkənin birgə müəssisələr yaratması təklif edilir”.
Bunu “Report”a açıqlamasında Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının sədri Xürrəm Bhattin deyib.
“Pakistan çox böyük, inkişaf etmiş aqrar sektora malik olduğundan, Azərbaycanla birlikdə Qarabağda bəzi layihələr həyata keçirə bilər. İki ölkənin şirkətlərinin Gəncədə düyü dəyirmanı açmaq planları da var. Azərbaycan tərəfi ilə birgə müəssisənin açılması ilə bağlı müzakirələr aparılır. Pakistan şirkətləri Qarabağda tikinti işlərində də mühüm rol oynaya bilər. Artıq bununla bağlı bəzi şirkətlər Azərbaycanın müxtəlif institutları ilə danışıqlar aparır. Bu, Azərbaycana əhəmiyyətli dərəcədə birbaşa xarici investisiya gətirə bilər”, - deyə o qeyd edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin dəyəri 3,4 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70 % çoxdur.
Hazırda Azərbaycanda 2 mindən çox Pakistan şirkəti var.
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI
Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI










