Azərbaycan Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verib

Azərbaycan Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verib.
Federasiyanın Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iştirakçılar şose velosipedi üzrə Azərbaycan Kubokunun 1-ci mərhələsində mübarizə aparırlar. Yarışda müxtəlif klub və cəmiyyətlərin 3 yaş kateqoriyası üzrə 50 idmançısı iştirak edir. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev bildirib ki, Heydər Əliyevin təməlini qoyduğu gənclərə qayğı siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir: “Mən dünyada elə bir ölkə tanımıram ki, orada gənclərə bizdə olduğu kimi diqqət və qayğı göstərilsin. Bugünkü tədbirimiz sadəcə yarış deyil. Bizim gənclərimiz yeni qələbələrə imza atmağa hazırlaşırlar”. Yarışın 1-ci günündə velosipedçilər 14 km məsafəyə fərdi ötüşmə növündə mübarizə aparıblar. 17 yaşadək idmançılar arasında Respublika Olimpiya Velosiped Məktəbinin üzvləri Radha Şabanova və Tamerlan Vitovski ən yaxşı göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Bu məktəbin digər təmsilçiləri Diana Sidorenko və Kamran Mirzəxanov gənclər arasında 1-ci yerə layiq görülüb. U23/Elit yaş kateqoriyasında isə 7 saylı Olimpiya Velosiped məktəbinin üzvü Lalə Əbdürəhmanova və Müdafiə Sənayesi Nazirliyi Velosiped Klubunun nümayəndəsi Musa Mikayılzadə hamıdan yaxşı nəticə göstərib. Azərbaycan Kubokunun 1-ci mərhələsinin 2-ci yarış günündə velosipedçilər qrup ötüşməsində mübarizə aparacaqlar.
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Əli Əsədov qərar imzaladı








