Azərbaycan XİN Ermənistanla münasibətlərin normallaşmasının şərtini açıqlayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimi ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov qarşı tərəfə post-münaqişə dövründə bölgədə mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaradıldığını qeyd edən nazir, bunun üçün ilk növbədə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsinin zəruriliyini vurğulayıb. Adel İbrahim Misirin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və bölgədə dayanlıqlı sülhün təmin olunmasının tərəfdarı olduğunu vurğulayıb. O, Azərbaycana həyata keçirdiyi bərpa və quruculuq işlərində uğurlar arzu edib və bu xüsusda, səfir azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq layihələrinə Misir şirkətlərinin cəlb edilməsi məsələsinə toxunub. O, iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən iqtisadiyyat, turizm və s. əməkdaşlığın uğurla həyata keçirildiyini söyləyib.
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










