Azərbaycana bəzi meyit qalıqları qaytarılıb, kimlikləri müəyyənləşdirilir - Eldar Səmədov

“Ermənistan tərəfi Azərbaycana meyit qalıqlarını qarışıq verib”.
Avtosfer.az xəbər verir ki, bunu açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib. O bildirib ki, bu, meyitlərin kütləvi məzarlıqlarda basdırıldığını sübut edir: “Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycan tərəfinə bəzi meyit qalıqları qaytarılsa da, hazırda onların kimliklərinin müəyyənləşdirilməsi prosesi gedir. Meyit qalıqları əsasən, qrunt suları, yeraltı suların keçdiyi ərazilərdən götürülüb. Ona görə də bu meyit qalıqlarından DNT nümunələri əldə etmək çox çətindir. Oradakı meyit qalıqlarının sayının nə qədər olacağı ilə bağlı son mərhələdə dəqiq məlumat olacaq”. Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deyib ki, son bir ildə Ermənistan Azərbaycan tərəfinə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 108 nəfərin meyitinin qalıqlarını təhvil verib. O, yaxın günlərdə daha 2 meyitin qalığını təhvil verməyə hazırlaşdıqlarını da vurğulayıb.
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










